Yer söz önləri (Lokale Präpositionen) konkret harada / haraya olduğunu göstərir. Burada Wechselpräpositionen-dən fərqli olaraq sabit hal tələb edən söz önlərini öyrənək.
Wechselpräpositionen (an, auf, in, hinter, neben, über, unter, vor, zwischen) öz mövzusunda — onlar Akk/Dat dəyişir.
Bu mövzuda hər zaman bir hal tələb edən söz önləri var.
Həmişə Dativ ilə işlənənlər (yer üçün)
Söz önü
Mənası
Nümunə
bei
yanında, evində
Ich bin bei meinem Bruder.
gegenüber
qarşısında
Die Bank ist der Schule gegenüber.
aus
içindən, -dan
Ich komme aus der Türkei.
von
-dan (nöqtə)
Sie kommt von der Arbeit.
zu
-a, -ə (məkana)
Ich gehe zu dem Arzt.
nach
-a (şəhər, ölkə)
Wir fahren nach Berlin.
zu vs nach — hər ikisi "-a/-ə", amma fərqli
nach
zu
Şəhər/ölkə adı (artiklsız)
İnsana, ünvana, məkana
Ich fahre nach Italien.
Ich gehe zum Arzt.
Wir fliegen nach Berlin.
Ich gehe zu meiner Mutter.
İstisna:nach Hause (evə) — "evə" deməkdir, amma zu Hause (evdə) sabit yer. Ich gehe nach Hause. — evə gedirəm. Ich bin zu Hause. — evdəyəm.
aus vs von — hər ikisi "-dan/-dən", fərqli
aus
von
İçindən çıxır (qapalı yer, ölkə)
Səthdən, nöqtədən, insandan
aus der Schule (məktəbdən)
von der Arbeit (işdən)
aus Aserbaidschan (Azərbaycandan)
von meinem Freund (dostumdan)
Ich komme aus Berlin.Mən Berlindənəm. (mənşə — orada doğulmuşam/yaşayıram)
Ich komme von Berlin.Berlindən gəlirəm. (indi oradan dönürəm)
bei — “yanında / işdə / -nın yanında”
Ich wohne bei meinen Eltern.Mən valideynlərimin yanında yaşayıram.
Er arbeitet bei BMW.O BMW-də işləyir.
Wir treffen uns beim Bahnhof.Vağzalın yanında görüşürük.