Şəxs əvəzlikləri (Personalpronomen) cümlədə kim haqqında danışıldığını göstərir — eynən azərbaycancadakı mən, sən, o… kimi.
Cədvəl
| Alman | Azərbaycan | İzah |
| ich | mən | özüm haqqında |
| du | sən | yaxın adam, dost, uşaq |
| er | o (kişi) | maskulin isim əvəzinə |
| sie | o (qadın) | feminin isim əvəzinə |
| es | o (orta cins) | neutral isim əvəzinə (das Kind → es) |
| wir | biz | özüm + başqaları |
| ihr | siz (qrup, yaxın) | bir neçə dosta deyəndə |
| sie | onlar | çoxluq, kiçik s |
| Sie | Siz (rəsmi) | böyük S — rəsmi müraciət |
Diqqət: sie (o, qadın), sie (onlar) və Sie (rəsmi “Siz”) eyni səslənir! Fərqi yalnız felin formasından və böyük/kiçik hərfdən anlamaq olar.
Nümunələr
Ich bin Tom.
Mən Tomam.
Du bist mein Freund.
Sən mənim dostumsan.
Er kommt aus Berlin.
O (kişi) Berlindəndir.
Wir lernen Deutsch.
Biz alman dili öyrənirik.
Sind Sie Herr Müller?
Siz cənab Müllersinizmi? (rəsmi)
“du” yoxsa “Sie”?
- du — ailə, dostlar, uşaqlar, iş yoldaşları (Almaniyada IT-də yaygın), Tanrıya müraciət.
- Sie — yad adamlar, müştərilər, müəllimlər, rəsmi mühitlər, yaşlı insanlar.
- Şübhəliəsənsə Sie seç — qarşı tərəf “du sagen wir” (gəl “sən”ləşək) deyənə qədər.
Es — xüsusi haldır
es təkcə neutral isimlər üçün deyil, hava və zaman haqqında danışanda da istifadə olunur:
Es regnet.
Yağış yağır. (söz-söz: “o yağır”)
Es ist 8 Uhr.
Saat 8-dir.