Cümlədəki iş görəni tapmaq üçün “kim?” sualını ver — cavab Nominativdə olacaq.
Der Mann arbeitet.Kişi işləyir. (Kim işləyir? → der Mann)
Die Frau liest ein Buch.Qadın kitab oxuyur. (Kim oxuyur? → die Frau)
Das Kind spielt.Uşaq oynayır.
2. sein (olmaq) felindən sonra
Əgər cümlədə “X Y-dir” quruluşu varsa — hər iki tərəf Nominativdə olur.
Das ist ein Tisch.Bu bir stoldur.
Tom ist ein Lehrer.Tom müəllimdir.
Tələ:Ich sehe einen Mann (mən bir kişi görürəm) — burada einen MannAkkusativdir, çünki “görmək” feli təsirlidir.
Amma Das ist ein Mann — burada ein Mann Nominativdir, çünki sein təsirsizdir.
3. werden (olmaq, çevrilmək) və bleiben (qalmaq) fellərindən sonra
Er wird ein guter Arzt.O yaxşı həkim olacaq.
Sie bleibt meine Freundin.O mənim dostum olaraq qalır.
Cümlə quruluşu
Adi cümlədə Nominativdə olan mübtəda birinci və ya ikinci yerdə olur, fel həmişə ikinci yerdədir.
1-ci yer
2-ci yer (fel)
Qalan
Der Hund
schläft
jetzt.
Jetzt
schläft
der Hund.
Hər iki cümlə eyni mənanı verir: “İt indi yatır.”
Şəxs əvəzlikləri Nominativdə
Bunlar artıq Nominativdədir (bu adi formalardır):
ich, du, er, sie, es, wir, ihr, sie, Sie
Akkusativdə və Dativdə dəyişəcəklər (sonrakı mövzularda).